Yunusların məhkəməsi yenə yarımqapalı keçirilir (yenilənib)

Source:


12.29. Meydan tv-nin əməkdaşı xəbər verir ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı prosesi tərk edib. O, jurnalistlərə bildirib ki, Arif Yunusun vəziyyəti normaldır, həkim nəzarətindədir: “Leyla Yunus onun yanında oturub, həyat yoldaşına çox diqqətcildir, dəftərlə yellədir ki, istidən əziyyət çəkməsin. Rauf Mirqədirovu zala gətiriblər. Mirqədirov çox ağır vəziyyətdədir, bu, onun çox arıqlamağından hiss olunur”.


 M.Qəhrəmanlı onu da əlavə edib ki, heç bir jurnalist və siyasi xadim Leyla Yunusu onun qədər istəyə bilməz: “20 ildir rəfiqə olduğumuzdan heç kim mənim qədər ona yana bilməz. İnanıram ki, Yunuslar azadlığa çıxacaq, bunu İşçi Qrupunun üzvü kimi yox, vətəndaş kimi deyirəm. Hazırda baş verənlər siyasi oyundur”.

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10-da hakim Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun növbəti məhkəmə prosesi davam etdirilib.

Prosesi izləyən Meydan TV-nin əməkdaşı bildirib ki, məhkəmə başlamazdan öncə, məhkəməyə gələn ictimayyət nümayəndələri və  jurnalistlərin bir hissəsi məhkəmənin gözləmə zalına buraxılsa da, onların bir hissəsi çöldə qalıb. Məhkəmə başlayanda isə içəri gözləmə zaılında olanlar da buraxılmayıb.Əməkdaşımız bildirib ki, Vüqar adlı icra məmuru yerli müşashidəsçilərə zor tətbiq edərək onları gözləmə zalından çıxarıb

Son anda yalnız APA və virtualaz.org media orqanlarının əməkdaşları iclas zalına buraxılıb.

Ana səhifəXəbərlərYunusların məhkəməsi yenə yarımqapalı keçirilir (yenilənib)