Yunusların apellyasiya şikayətinə noyabrın 5-də baxılacaq

Vəkil: Protokollara verdiyimiz qeydlərə baxılması barədə bizə heç bir məlumat verilmədi

Source:


Vəkil: “Protokollara verdiyimiz qeydlərə baxılması barədə bizə heç bir məlumat verilmədi”

Noyabrın 5-də saat 15.00-da Leyla və Arif Yunusovların işləri üzrə müdafiə tərəfinin apellyasiya şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə apellyasiya şikayətinə ilkin baxış iclası keçiriləcək.

Bu barədə vəkil Elçin Sadıqov bugün bildiriş alıb.

Məlumatı vəkil öz Facebook səhifəsində paylaşıb.

Vəkil daha sonra yazıb: “Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına qeyd verən zaman xahiş etmişdik ki, protokollara verdiyimiz qeydlərə bizim iştirakımzla baxılsın. Lakin, protokollara verdiyimiz qeydlərə baxılması barədə bizə heç bir məlumat verilmədi”.

Ana səhifəXəbərlərYunusların apellyasiya şikayətinə noyabrın 5-də baxılacaq