Yunis Səfərov: Baş vermiş hadisəni mən törətmişəm

Elmar Vəliyevə qarşı sui-qəsd törətməkdə şübhəli bilinən şəxs danışıb

Source:
Yunis Səfərov
Yunis Səfərov


Elmar Vəliyevə qarşı sui-qəsd törətməkdə şübhəli bilinən şəxs danışıb

“Gəncədə İcra Hakimiyyətinin qarşısında baş vermiş hadisəni mən törətmişəm. Hazırda saxlanılmışam, istintaq gedir. Hüquqlarım mənə izah olunub, vəkilimlə tanış olmuşam. Polislər tərəfindən mənə qarşı heç bir təzyiq, güc tətbiq olunmayıb”.

Bu sözləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizəçisinə silahlı hücum etməkdə şübhəli bilinən Yunis Səfərov deyib. “Xəzər Xəbər” onun videogörüntüsünü yayımlayıb. Videoda Yunis Səfərov vəkilinin olduğunu desə də, onun kimliyi bəlli olmayıb. Bundan başqa, onun sol gözündə qızartılar və xəsarət izləri sezilib. Yunis Səfərov deyib ki, saxlanılarkən polisə müqavimət göstərib, həmin vaxt üzünə xəsarət yetirilib.


İyulun 3-də

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və cangüdəni silahlı hücuma məruz qalıb. Hadisə ilə bağlı Rusiya vətəndaşı Yunis Səfərov şübhəli şəxs qismində saxlanılıb.

İyulun 4-də sosial şəbəkələrdə Yunis Səfərovun şəkili yayılıb. Onun olduğu iddia edilən həmin fotodakı şəxsin üzərində qan, işgəncə izləri var.

DİN-in mətbuat xidmətinin rəisi

Ehsan Zahidov

Yunis Səfərovun saxlanılarkən xəsarət aldığını, lakin işgəncəyə məruz qalmadığını bildirib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, şübhəli şəxsə işgəncəni Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Sərxan İsmayılovla baş əməliyyat müvəkkili Qorxmaz İbrahimov verib və fotolar da onlar tərəfindən ictimaiyyətə ötürülüb (https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/yunis-seferova-isgence-verib-sekilini-yayanlar-kimlerdir/).

Ana səhifəXəbərlərYunis Səfərov: Baş vermiş hadisəni mən törətmişəm