Yunanıstan səfirliyi “xoşagəlməz dərəcədə təəccüblü və artıq dərəcədə” narahatdır

Səfirlik edilən iddialarla bağlı heç vaxt hər hansı bir hərəkət etməmiş və əsassız, saxta, pisniyyətli və yalnış məlumata əsaslanan müəllif adı qeyd olunmayan məqalənin bütün məzmununu bir daha qəti şəkildə təkzib və etiraz edir

Source:


Səfirlik edilən iddialarla bağlı heç vaxt hər hansı bir hərəkət etməmiş və əsassız, saxta, pisniyyətli və yalnış məlumata əsaslanan müəllif adı qeyd olunmayan məqalənin bütün məzmununu  bir daha qəti şəkildə təkzib və etiraz edir

Yunanıstanın Azərbaycandakı səfirliyi yerli mətbuatda öz ünvanına ləkəyaxma kampaniyasını kəskin şəkildə pisləyən bəyanat yayıb.

“Yunanıstan Respublikasının Səfirliyi dünən yerli mətbuat tərəfindən yayımlanan və bir sıra kütləvi informasiya vasitələri tərəfindən yenidən dərc olunan görünməmiş hücum və əsassız iddialarla bağlı xoşagəlməz dərəcədə təəccüblü və artıq dərəcədə narahatdır.

Yunanıstan, Birinci Avropa Oyunlarının  hazırlığının bir çox səviyyələrində dərindən  iştirak edir  və nəticə etibarı ilə onların uğurlarına çox maraqlıdır.

Beləliklə, Səfirlik edilən iddialarla bağlı heç vaxt hər hansı bir hərəkət etməmiş və əsassız, saxta, pisniyyətli və yalnış məlumata əsaslanan müəllif adı qeyd olunmayan məqalənin bütün məzmununu  bir daha qəti şəkildə təkzib və etiraz edir”, deyə səfirliyin bəyanatında qeyd edilir.

İyunun 5-də APA agentliyi bəzi mənbələrə istinadla Yunanıstan səfirini öz hökumətinə digər Avropa liderləri də gəlməyəcəyi üçün Avropa Oyunlarının açılış mərasimində iştirak etməməyi tövsiyə etməkdə ittiham edib (Turan İA).

Ana səhifəXəbərlərYunanıstan səfirliyi “xoşagəlməz dərəcədə təəccüblü və artıq dərəcədə” narahatdır