Baş nazir Kyriakos Mitsotakis

Mənbə: google.az

Başlıq: Baş nazir Kyriakos Mitsotakis

Yunanıstan müdafiə sənayesini gücləndirməyə hazırlaşır

“Biz silahlı qüvvələrimizi gücləndirmək üçün müttəfiqlərlə danışıqlar aparırıq”

NATO müttəfiqi Türkiyə ilə Aralıq dənizinin şərqində gərginlik artdıqca Yunanıstan silah əldə etməyə, ordu heyətini gücləndirməyə və müdafiə sənayesini yeniləməyə çalışır.

“Reuters” xəbər verir ki, 2018-ci ildə iqtisadi böhrandan üçüncü beynəlxalq yardımla çıxan və bir müddətdir koronavirusun iqtisadi təsiri ilə mübarizə aparan Yunanıstan maliyyə ehtiyatlarının bir hissəsini müdafiə sektoruna xərcləmək istəyir.

“Biz silahlı qüvvələrimizi gücləndirmək üçün müttəfiqlərlə danışıqlar aparırıq”,- hökumət sözcüsü Stelios Petsas jurnalistlərə deyib. O bildirib ki, Baş nazir Kyriakos Mitsotakis şənbə günü planlarını açıqlayacaq.

Adı açıqlanmayan Yunanıstan hökumət rəsmisi keçən həftə “Reuters”ə verdiyi açıqlamada Yunanıstanın döyüş təyyarələri almaq üçün Fransa və digər ölkələrlə danışıqlar apardığını deyib. Yunanıstan artıq bir müddətdir ölkəyə iqtisadi zərər verməkdə davam edən müdafiə şirkətlərini birləşdirməyə və özəlləşdirməyə çalışır.

Petsas deyib ki, Mitsotakis Cənubi Avropa liderləri zirvəsindən (MED 7) əvvəl cümə axşamı Korsikada Fransa Prezidenti Emmanuel Makron ilə görüşəcək və mövzunu müzakirə edəcək. Fransa Prezident administrasiyas görüşü təsdiqləməyib, - “Reuters” əlavə edib.

Türkiyə və Avropa İttifaqı üzvü Yunanıstan qitə sərhədləri ilə bağlı eyni fikri paylaşmır. Gərginlik keçən ay Ankaranın döyüş gəmilərinin müşayiəti ilə bölgədəki mübahisəli sulara araşdırma gəmisi göndərməsindən sonra başlayıb. Bir neçə gün sonra Yunanıstan Türkiyənin qəzəbinə səbəb olaraq Misirlə dəniz müqaviləsi imzalayaraq gərginliyin daha da artmasına səbəb olub.

Ankara o vaxtdan etibarən Afinanın qanunsuz adlandırdığı fəaliyyətləri davam etdirir.

Yunan mühafizəkar lideri bölgədəki son durumu Aİ liderlərinin zirvə toplantılarına sədrlik edən Avropa Şurası başçısı Çarlz Mişel (Charles Michel) ilə müzakirə edib. Petsas deyib ki, Mişelin 15 sentyabrda Afinaya səfər edəcəyi gözlənir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/m1fad3

Ən çox baxılan