Yük maşını sürücüsü: “Bizim çörəyimizin yolunu bağlayıblar”

Yük maşınlarının girişinə görə Bakının bir neçə yolunda qoyulan qadağa sürücülərin narazılığına səbəb olub. Onlar noyabrın 2-də Nazirlər Kabinetinin qarşısına toplaşaraq məsul şəxslərdən cavab tələb ediblər.

Sürücülər deyir ki, oktyabrın 26-dan tətbiq olunan bu qadağaya görə cərimələnirlər. Sifarişləri ünvanına çatdıranda Mərkəzi Məlumat Xidməti kameralarına bir neçə dəfə tuş gəlirlər.

Sürücüləriin sözlərinə görə, özəl şirkət maşınları onların maşınlarından böyük olsa da, rahat hərəkət edir.

Onlar Nazirlər kabinetində Hacıbala Abutalıbov və Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla görüşüblər

Vaqif Əsədov onu da əlavə etdi ki, yük maşınlarının hərəkəti qadağan olan əraziyə yük maşını daxil olarsa, sürücü məhsuliyyətə cəlb ediləcək.

Ana səhifəVideoYük maşını sürücüsü: “Bizim çörəyimizin yolunu bağlayıblar”