YSK sədri: “Ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb”

Foto: “medyascope.tv”

İndiyədək R.T.Ərdoğan 49,40; K.Kılıçdaroğlu  44,96 səs toplayıb

Mayın 15-də Türkiyə Yüksək Seçki Qurumunun (YSK) sədri Ahmet Yener Prezident və parlament seçkiləri ilə bağlı brifinq keçirib.

YSK sədri mayın 14-də keçirilən Prezident və 28-ci dönəm parlament seçkilərində seçki qutularının 99,4 faizinin açıldığını bildirib.

Onun sözlərinə görə, R.T.Ərdoğan 49,40; K.Kılıçdaroğlu  44,96; S.Oğan 5,2; M.İncə 0,44 faiz səs toplayıb.

A.Yener əlavə edib ki, ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb:

“Xarici ölkələrdə isə 1529 seçki qutusunun nəticəsi sistemə daxil edilməyib”.

Ana səhifəDünyaYSK sədri: “Ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb”