“Yoxsulluq səviyyəsi əhalinin 50 faizini əhatə edib”

“Rusiyanın himayəsi ilə idarə olunan bütün iqtisadi sektorlar artıq ermənilərin nəzarətindən çoxdan çıxıb”

Source:


“Rusiyanın himayəsi ilə idarə olunan bütün iqtisadi sektorlar artıq ermənilərin nəzarətindən çoxdan çıxıb”

“Ermənistan Gömrük İttifaqından ilk zərbəsini aldı. Rusiyadan asılılığı getdikcə artan Ermənistan iqtisadiyyatı müstəqilliyini tam itirəndən sonra ilk dəfə bu miqyasda olan kütləvi sosial etirazlarla qarşılaşdı”.

Bu fikirlər Demokratiya və Rifah Hərəkatənən sədri, iqtisadçı Qubad İbadoğluna məxsusdur.

İqtisadçı hesab edir ki, Ermənistanda baş verənlər yalnız avtoritar idarəetməyə deyil, həm də Rusiyanın Ermənistandakı hökmran mövqeyinə etiraz nümayişidir. Hazırda Rusiyanın şirkətləri Ermənistanın yalnız enerji bölməsini deyil, telekommunikasiya, dəmir yolları nəqliyyatı və mədən sənayesini bütünlüklə nəzarətə götürüb. Ölkədə hər il ağırlaşan sosial-iqtisadi vəziyyət bu ildən daha da pisləşib: “2015-ci ilin aprel ayına olan məlumata görə, xaricdə yaşayan ermənilərin pul göndərişləri ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz azalıb. Müqayisə olunan dövrdə idxal 30,5 faiz, ixrac isə 23,1 faiz aşağı düşüb. May ayına Ermənistanın xarici borcları 4 milyard 659 milyon dollara çatıb ki, bu da milli gəlirin 52,8 faizi qədərdir. Bu ildən kəskin azalan xarici investisiyalar iş yerlərinin sürətlə bağlanmasına və yoxsulluğun daha da artmasına gətirib çıxarıb. İlin birinci rübünün sonuna yoxsulluq səviyyəsi ölkə əhalsinin 50 faizə qədərini, kənd əhalisinin isə hər 3-dən 2-ni əhatə edib”.

Qubad İbadoğlu bildirib ki, elektrik enerjisinin 16 faiz qaldırılması haqda qərarın dayandırılmasına baxmayaraq problemin uzunmüddətli dövrdə həlli Sarkisyandan asılı deyil. “Böyük qardaş”ının himayəsi ilə idarə olunan bütün iqtisadi sektorlar artıq ermənilərin nəzarətindən çoxdan çıxıb. Odur ki, son etirazlar bu ölkədə iqtisadi böhranın daha da dərinləşərək siyasiləşəcəyindən xəbər verir.

Ana səhifəXəbərlər“Yoxsulluq səviyyəsi əhalinin 50 faizini əhatə edib”