Yolları palçıqlı, tibb imkanları məhdud yaşayış massivləri

Gediş haqqı 40 qəpik olan bu avtobus Abşeron rayonu Nübar və At yalı qəsəbəsindən keçir. Sakinlər yaşadıqları bu qəsəbənin iflic vəziyyətdə olduğunu deyir.

Sakinlərin tək dərdi yol da deyil. Onlar deyir ki, ərazidə aptek yoxdu. Başları ağrıyarsa, dərman almaq üçün azı 6 km yol getməlidirlər.

Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi saytında deyilir:

“At yalı və Nübar yaşayış massivindəki əhali üçün 11 otaqlı tibb məntəqəsi inşa edilib, hazırda son tamamlama işləri aparılır. Yeni yaşayış massivlərinin daxili yollarını asfaltlaşdırmaq məqsədilə 23 min kubmetr qum, çınqıl verilib. Qurunt sularının axıdılması üçün 50 yerdə su borusu qoyulub. 1000 metrdən çox kanalizasiya xətləri çəkilib və 3500 ədəddən artıq müxtəlif növ ağac əkilib”.

Meydan TV Hökməli Bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsa da, suallara cavab verən olmayıb.

Hər iki qəsəbənin 3 məktəbi var. Qubadlı, Ağdam və Laçın rayonlarının təhsil şöbələrinə tabe olan məktəblər əsasən məcburi köçkün uşaqları üçün nəzərdə tutulub. Valideynlər deyir ki, məktəbdə cəmi 10-12 sinif otağı var. Ona görə də uşaqlar məktəbə iki növbəli gedirlər.

Abşeron Rayon İcra Hakimiyyətindən də suallara cavab verən olmadı.

Ana səhifəVideoYolları palçıqlı, tibb imkanları məhdud yaşayış massivləri