Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun növbəti məhkəmə prosesi keçirilib. Proses başlamazdan öncə, məhkəməyə gələn ictimayyət nümayəndələri və jurnalistlərin bir hissəsi məhkəmənin gözləmə zalına buraxılsa da, onların bir hissəsi çöldə qalıb. Məhkəmə başlayanda isə içəri gözləmə zaılında olanlar da buraxılmayıb.
Məhkəməni izləyə bilənlərin dediyinə görə, prosesdə ilkin olaraq, şahid-hüquq müdafiəçisi Sahib Məmmədov danışıb. O, Yunuslarla əlaqəsinin 2001-ci ildən kəsildiyini deyib. Onun ifadəsi bitməmiş, Arif Yunusun vəziyyəti pisləşib. Bu zaman Leyla Yunus həkim çağırılmasını istəyib. Təxminən 25 dəqiqə sonra məhkəməyə Təcili Yardım briqadası gəlib.
Məhkəmədən çıxanlardan biri zala təsadüfən gəldiyini deyib.
Təxminən 14:00 da Arif Yunusu müayinə etməyə gələn Təcili Yardımın həkimləri binanı tərk ediblər.
Sonda Yunusların vəkili deyib ki, Arif Yunusun səhhətindəki problemlər məhkəmənin davam etməsinə imkan verməyib.
Proses avqustun 4-ü, saat 10-na təyin olunub.