Yol “soyqırımı”

2014-cü ilin ilk yarımilində Azərbaycan yollarında baş verən qəzalarda 512 nəfər ölüb.

Source:


2014-c


ü


ilin ilk yar


ı


milind


ə


Az


ə


rbaycan yollar


ı


nda ba


ş


ver


ə


n q


ə


zalarda 512 n


ə


f


ə


r


ö


l


ü


b.

Daxili İşlər Nazirliyinin (DİN) Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu barədə danışıb.

O, bildirib ki, 2014-cü ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 512 nəfər həlak olub, 1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Paytaxt Bakıda baş verən 444 yol qəzası nəticəsində 139 nəfər həlak olub, 438 nəfər isə yaralanıb. Ötən ilin analoji dövrülə müqayisədə qəzaların sayı kifayət qədər azalıb. Belə ki, qəzaların sayı 150 fakt (11 faiz), ölənlərin sayı 44 nəfər (8 faiz), yaralı sayı 218 (15 faiz) nəfər azalıb. 2013-cü ildə ölkəyə 30 mindən artıq nəqliyyat vasitəsi gətirilməsi fonunda bu azalma faktı çox müsbət hal adlandırılıb.

K.Əliyev qeyd edib ki, yol-nəqliyyat hadisələri, eləcə də ölən və yaralıların təxminən 1/3-i paytaxtın, qalanları isə regionların payına düşür.

Ana səhifəXəbərlərYol “soyqırımı”