Yol qəzası 6 can aldı

Kürdəmir yolunda yol-nəqliyyat hadisəsi baş verib

Source:
Yol qəzası
Yol qəzası


Kürdəmir yolunda yol-nəqliyyat hadisəsi baş verib

Martın 16-da axşam saatlarında Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində 6 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın

məlumata

görə, ölənlərdən 4-ü Siyəzən, 2-si Ağsu sakinləridir.

06-BC-365 dövlət nömrə nişanlı “VAZ 2106” və 54-BE-811 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Nazim Əliabbas oğlu, 1994-cü il təvəllüdlü Xankişizadə Mehdi Ağabala oğlu, 1992-ci il təvəllüdlü Bədəlov Orxan Fərhad oğlu, 1986-cı il təvəllüdlü Bayramov Pərviz Əlizahir oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində həyatlarını itiriblər.

“VAZ 2106”nın sürücüsü, Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı da aldıqları ağır bədən xəsarətlər səbəbindən hadisə yerində keçiniblər.

“VAZ 2107”nin sürücüsü, Ağsu sakini,1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu isə ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Ana səhifəXəbərlərYol qəzası 6 can aldı