Yol polisinin hərəkətlərinə etiraz edən iş adamı saxlanıb

”Digər şəxslərin izlənməsi və həbsi istiqamətində tədbirlər həyata keçirilir”

Source:
Çingiz Mayılov foto sosial şəbəkə
Çingiz Mayılov foto sosial şəbəkə


”Digər şəxslərin izlənməsi və həbsi istiqamətində tədbirlər həyata keçirilir”

Oktyabrın 15-də Göyçay rayonunda yol polisi şöbəsinin rəisinin qanunsuz əməllərinə etiraz edən iş adamı Çingiz Mayılov saxlanıb.

Bu haqda hüquq müdafiəçisi Oktay Gülalıyev özünün “Facebook” səhifəsində yazıb.

“Bir neçə gün öncə Göyçay rayon Yol Polis şöbəsinin rəisinin qanunsuz hərəkətlərinə etiraz edən 500- dən çox yerli sakin dinc etiraz aksiyası keçirmişdi. Əlaqədar qurumlar şikayəti araşdırıb lazımi ölçü götürmək əvəzinə sərbəst toplaşmaq hüququndan istifadə edən insanlara qarşı təzyiqlərə başlayıb. Az öncə aldığımız məlumata görə Göyçay sakini, yerli iş adamı Mayılov Çingiz Sabir oğlu həbs edilib. Digər şəxslərin izlənməsi və həbsi istiqamətində tədbirlər həyata keçirilir”.

Oktyabrın 15-də Göyçay sakinləri Bakı-Qazax magistral yolunun Göyçay şəhəri ərazisindən keçən – “Qırmızı körpü” adlanan hissəsində yolu bağlayıb. Etiraza səbəb Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Vüqar Qasımovla sürücülər arasında yaranan narazılıq olub.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə yayılan informasiyaların həqiqətə uyğun olmadığını, məsələnin mahiyyətinin qəsdən təhrif olunmuş və şişirdilmiş şəkildə təqdim olunduğunu bildirib.

Ana səhifəXəbərlərYol polisinin hərəkətlərinə etiraz edən iş adamı saxlanıb