Yol polisindən sürücülərə çağırış

Baş verən yol qəzalarında 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb

Source:


Baş verən yol qəzalarında 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb

Bakıda və Abşeron yarımadasında qar yağması ilə əlaqədar yol polisi sürücüləri, həmçinin piyadaları ehtiyatlı olmağa çağırıb.

Yol polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev KİV-ə bildirib ki, demək olar ki, ölkənin bütün avtomobil yolları açıqdır, yağan qar təmizlənir. Əsasən Ağsu aşırımı işlək vəziyyətdə saxlanılır.

Bakı-Quba trasında (Ceyranbatan qəsəbəsinə qədər) yola qum səpilib. Bu trasın ayrı-ayrı hissələrində – Siyəzən, Şabran və Qubada yollar buzlar bağlayıb, qarın təmizlınməsi üzrə işlər aparılır.

Bakı-Qazax trasında “Sahil” qəsəbəsinə qədər yollara qum və duz səpilib. Trasın qalan hissəsində qar yoxdur və nəqliyyat məhdudiyyətsiz işləyir.

Həmçinin Ələt-Astara trası təmizdir. Lakin Masallı-Astara trasında qar yağır.

K.Əliyev mürəkkəb hava şəraiti ilə əlaqədar sürücüləri şəxsi avtomobillərdən istifadə etməməyə, piyadaları ehtiyatlı olmağa çağırıb.

Ötən sutkalarda 15 yol qəzası qeydə alınıb. Nəticədə üç nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

Yanvarın 8-də Bakı-Sumqayıt trasında təmir işləri ilə əlaqədar ciddi avtomobil tıxacı yaranıb.

Qar Bakı hava limanının işinə təsir etməyib.

Eyni zamanda, şəhər sakinləri üçün ənənəvi problemlər yaranıb. Belə ki,  nəqliyyat vasitələri paytaxtın dağlıq hissəsinə çətinliklə qalxır.

Buz bağlaması axşamadək davam edəcək, nəqliyyatın hərəkəti daha çox məhdudlaşacaq.

Ötən sutka ərzində Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Bu barədə “Report”a DİN-in Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Ümumilikdə 15 yol qəza hadisəsi baş verib. “Hadisələrin əksəriyyəti saat 19:00-a qədər olanlardır”, – o bildirib.

Ana səhifəXəbərlərYol polisindən sürücülərə çağırış