Yol polisi taksi sürücülərinə qarşı reydlər keçirir

''Son 3 gün ərzində 100-dən artıq taksi sürücüsü ilə bağlı inzibati tədbirlər görülüb''

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYPİ) qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar haqda məlumat yayıb.

DYPİ bildirib ki, taksi sürücülərinin dayanma-durma qaydalarının pozması, xüsusən avtobus dayanacaqlarının zəbt etməsi adi hala çevrilib.

“Bütün bunlar vətəndaşların, sürücülərin, bütövlükdə hər bir hərəkət iştirakçısının haqlı narazılığına səbəb olur”.

DYPİ bu sahədə qayda-qanunun bərpasını nəzərə alaraq qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizəyə başladığını qeyd edib:

“Metronun “20 Yanvar”, “İnşaatçılar” stansiyalarının, 3-cü mikrorayon dairəsinin, iri ticarət və təhsil müəssisələrinin ətrafında qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olan, digər hərəkət iştirakçılarına maneə törədən, küçədən keçən insanlara qarşı qeyri-etik ifadələr işlədən, ictimai davranış qaydalarını pozan sürücülər barəsində ciddi tədbirlər görülür. Onların sənədləri yoxlanılarkən aylardır heç bir fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Bəzilərinin idarə etdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı da üzə çıxıb. Digər müvafiq sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxslərə də rast gəlinib. Artıq son 3 gün ərzində Bakı şəhər DYPİ-nin əməkdaşları 100-dən artıq taksi sürücüsü ilə bağlı inzibati qaydada tədbirlər görüb”.

Bildirilib ki, hər sürücülük vəsiqəsi olan şəxs taksi sürücüsü ola bilməz:

“Taksi sürücüsü avtomobili daim saz vəziyyətdə saxlamalıdır. Onlar müvafiq nişanlarla nişanlanmış yerlərdə dayanıb taksi fəaliyyəti ilə məşğul olmalıdırlar. Qanunla nəzərdə tutulan yerlərdə maşın saxlamaq, yoldan keçənlərə qarşı qeyri-etik hərəkətlər etmək, sürücülərin, piyadaların yolunu kəsərək sıxlıq yaratmaq qanunsuzdur və yol polisi bu cür əməllərə qarşı mübarizəni bundan sonra da davam etdirəcək”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hvhj2p

Ən çox baxılan