Yol polisi sürücülərə xəbərdarlıq edir

DYP təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində sükan arxasına əyləşməmələrini də xahiş edir

Source:

foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


DYP təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində sükan arxasına əyləşməmələrini də xahiş edir

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Dövlət Yol Polisi (DYP) sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

DYP-nin mətbuat xidmətinin məlumatında yollarda meydana gələ biləcək qəza və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə bəzi tövsiyələr verilir.

Sürücülər istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə avtomobillərin şinlərinə bir daha diqqət yetirməlidirlər.

Günün axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, avtomobil şinlərinin protektorundakı naxışların hündürlüyü normaya uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməməlidir.

Bundan başqa, sürücülərə yolda qəfil manevrlər və əyləcdən tez-tez istifadə tövsiyə olunmur.

DYP təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində sükan arxasına əyləşməmələrini də xahiş edir.

Ana səhifəXəbərlərYol polisi sürücülərə xəbərdarlıq edir