Yol polisi daha bir “rüşvət videosu”nun baş rolundadır. Görüntülər Qaradağ rayonu Puta qəsəbəsindəndir. Müəllif iddia edir ki, 99 YP 258 dövlət nömrə nişanlı yol polisi sürücülərdən rüşvət alır. Daş karxanasından gələn maşınların sürücüləri polis maşınına yaxınlaşır, nəsə verib, yoluna davam edirlər. Halbuki, qanunla sürücü polisə yox, polis sürücüyə yaxınlaşmalı, sənəd tələb etməlidir. Qaydaların tərsinə işlədiyinin görüntüsü xərac şübhəsinə yol açır. Vətəndaşlar iddia edirlər ki, yük maşını sürücüləri polisi “görmədən” yollarına davam edə bilməzlər. Baş Dövlət Yol Polisi İdarəsi isə deyir ki, görüntü müəllifi müraciət etsə, məsələ araşdırıla bilər.