None

Mənbə: 

Yol kənarından çıxan qazanc

Bakı-Qəbələ yolu. Yol kənarında müxtəlif məhsullar satan insanlar. Kimisi bağının məhsulunu, kimisi yayda bağladığı turşu balonlarını, kimisi də həyətində bəslədiyi toyuq-cücəsini satmağa çıxır yol kənarına. Gün başlayandan ta ki, gün batana kimi. Qazancları isə gün ərzində 10-30 manat civarında olur.

Kənddə, rayon mərkəzində başqa iş olsa, bura gəlmək istəmədiklərini deyir bu insanlar. Çünki bu, onlar üçün daimi gəlir yeri deyil. Aylıq maaşı olan iş tapmaq isə indi çətindir onlar üçün.

“Yayın istisindən, qışın isə soyuğundan yol kənarında nəsə satmaq çox çətindir”-deyirlər. Payız və yaz fəsli həmin kəndlilər üçün çox əlverişlidir.

İsmayıllının Təzəkənd kəndindən gələn Vüqar 3 hinduşkanı satıb pul qazanmaq fikrindədir. Hinduşkanın birini 35 manata satır. Dediyinə görə, hərəsinin çəkisi 3-3,5 kq olar. İki gündür yol kənarında hinduşkanı satmaq istəyir, amma hələ ki, müştəri gəlib çıxmayıb.

Keçi Dərisinin içini doldurub satan Murad isə düşünür ki, belə şeyləri ancaq imkanlı və həvəskarı olan adam ala bilər. İçi doldurulmuş keçini 250 manata satan Murad deyir, əvvəllər daha baha qiymətə satardı belə şeyləri. İndi isə alan yoxdur, ya da az pul verirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kedncp

Ən çox baxılan