2013-cü ildə həbs edilən jurnalist Pərviz Həşimli 17 martda ölkə başçısı İlham Əliyevin əfv sərəncamından sonra azadlığa çıxıb. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunurdu. Pərviz Həşimli Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. Jurnalist həbsini peşə fəaliyyəti ilə bağlayıb, ittihamları rədd edirdi.