Yeyinti məhsullarına görə təxminən 1 milyard dollar ölkədən çıxdı

Ən çox valyuta şəkərə görə ölkədən çıxır

Source:
foto marja.az
foto marja.az


Ən çox valyuta şəkərə görə ölkədən çıxır

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 949 milyon 158.78 min dollarlıq yeyinti məhsulları idxal olunub.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, dollarlıq yeyinti məhsullarının idxalı 2015-ci ilin 9 ayı ilə müqayisədə 31.86% artıb.

Təkcə Sentyabr ayında təxminən 128,5 milyon dollarlıq yeyinti məhsulları idxal olunub. Avqustun sonuna qədər idxalın statistik dəyəri 820 milyon 647.83 min dollar idi.

Ən çox valyuta şəkərə görə ölkədən çıxır

Cari ilin yanvar-sentyabr ayları ərzində ölkəmizə 24 milyon 300.21 min dollarlıq ət, 5 milyon 750.53 min dollarlıq süd, 38 milyon 437.38 min dollarlıq kərə yağı, 91 milyon 267.24 min dollarlıq meyvə-tərəvəz, 30 milyon 211.1 min dollarlıq çay, 208 milyon 407.42 min dollarlıq buğda, 99 milyon 335.97 min dollarlıq bitki yağları, 131 milyon 476.79 min dollarlıq şəkər idxal olunub.

Ana səhifəXəbərlərYeyinti məhsullarına görə təxminən 1 milyard dollar ölkədən çıxdı