Yevlax rayonu

Mənbə: arxiv

Başlıq: Yevlax rayonu

Yevlaxda kənd icra nümayəndəsi işləmiş şəxs saxlanılıb

Məqalə yeniləndi:  17 Avqust 2020

Mikayıl Əsədov vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir

Yevlax Rayon İcra Hakimiyyəti başçısının Qaraməmmədli kənd nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədov həbs edilib. Səbəb rayon ərazisində yaşayan aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam paylanmasıdır. Ona qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məlumatı Baş Prokurorluq yayıb. Bildirir ki, aparılmış istintaqla Mikayıl Əsədovun çalışdığı zaman xidməti vəzifəsindən sui-istifadə etdiyi məlum olub:

“Aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam şəkildə paylayıb, mənimsəyib, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurub”.

Prokurorluq bildirir ki, Mikayıl Əsədovun işi baxılması üçün məhkəməyə göndərilib.

Mikayıl Əsədov avqustun 6-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan olunub. İndi isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 Avqust 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vuzpxp

Ən çox baxılan