Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədovun tanışını ov tüfəngi ilə ayağından yaraladığı bildirilir. Hadisədən sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, Qoca Səmədov özü də 2021-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma ittihamları ilə uzunmüddətli həbs cəzası almışdı.
APA məlumat verir ki, hadisə ilə əlaqədar Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
Qoca Səmədov 2011-2019-cu ildə Yevlax şəhərinin icra başçısı vəzifəsində çalışıb.
2019-cu ilin noyabrında o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və dövlət vəsaitlərini mənimsəmə ittihamları ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Sonradan 2023-cü ilin iyul ayında səhhəti ilə əlaqədar onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra cəzasının qalan hissəsi şərti olaraq əvəzlənib.
Qoca Səmədov azadlığa buraxıldıqdan sonra evində vəfat edib.