Yevlaxda xəstəxana rəhbərliyi saxta arayış verməkdə ittiham olunur

“Bununla onlar cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurublar”

Source: Specify Source


Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanıb

Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb. Səbəb karantin rejimini qəsdən pozmalarıdır.

Məlumatı Baş Prokurorluq yayıb.

Həmin məlumatda bildirilir ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postlardan keçmələri üçün rayon sakinlərinə saxta tibbi göndəriş vərəqələri veriblər. Bu barədə daxil olmuş şikayətlət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

“Araşdırma zamanı məlum olub ki, xəstəxananın vəzifəli şəxsləri rayonun ayrı-ayrı sakinlərinə xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış postlarda təqdim etmək üçün saxta tibbi göndəriş vərəqələri veriblər. Bununla onlar cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurublar”.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Məlumatda deyilir ki, hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəSosialYevlaxda xəstəxana rəhbərliyi saxta arayış verməkdə ittiham olunur