Yevlax və Mingəçevir həkimlərinin maaşı artıb

”Gündəlik normativdən çox xəstə qəbul edən həkimlər mükafat alacaqlar”

Source:
foto sosial şəbəkə


”Gündəlik normativdən çox xəstə qəbul edən həkimlər mükafat alacaqlar”

Fevraldan icbari tibbi sığorta sistemində çalışan həkimlərin əmək haqlarının baza hissəsi artırılıb.

Mingəçevirdə və Yevlaxda həyata keçirilən “Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin, mükafatların hesablanması və ödənilməsi” qaydalarında belə yazılır.

Azadlıq Radiosu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qaydaları yeni təsdiq etdiyini yazır.

Ginekologiya, reanimasiya, cərrahiyyə şöbələrində və endoskopiya ixtisası üzrə çalışan həkimlərin əmək haqqı 540 manat artırılıb. Uşaq, terapiya və fizioterapiya, vərəm, yoluxucu xəstəliklər, poliklinika, hemodializ şöbələrində çalışanların əmək haqqı isə 240 manat çoxaldılıb.

Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərin əmək haqqı 200, radiologiya şöbəsindəkilərdə 740, ailə sağlamlıq mərkəzində isə 360 manat yüksəlib.

Əmək haqlarındakı artımı konkret nümunələrlə izah edən agentlik bildirir ki, cərrahiyə şöbəsində çalışan cərrah 228 manat alır. İcbari tibbi sığorta sistemində çalışan cərrahın əmək haqqı isə 768 manat olacaq.

Yeni qaydalar əmək haqlarının mükafat hissəsinə də yeniliklər nəzərdə tutur.

Bu mükafatlar həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılı olacaq:

“Terapevt istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlərə gündəlik normativ minimum 10, maksimum 20 pasiyentə tibbi xidmətin göstərilməsi müəyyən edilir. Yuxarı normativə əsasən həkimlərə tibbi xidmətə görə, təsdiq edilmiş tarifin 15 faizi həcmində mükafat veriləcək.

Cərrahiyyə, ginekologiya şöbəsində çalışan həkimlərə aylıq normativ 10 pasiyentə tibbi xidmət göstərilməsi müəyyən edilib. Onlar inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20 faizi həcmində mükafat alacaqlar”.

İcbari tibbi sığorta sisteminin tətbiqinə bu il yanvarın 1-dən başlanılıb. Sistemin tətbiqi pilot zona kimi Yevlax və Mingəçevirdə həyata keçirilir.

Ana səhifəXəbərlərYevlax və Mingəçevir həkimlərinin maaşı artıb