Yevda Abramov: Bəzi deputatlar özlərini reklam edirlər

”Dövlət qurumlarının məktubumuza cavab verməməsi Milli Məclisə hörmətsizlikdir”

Source:


”Dövlət qurumlarının məktubumuza cavab verməməsi Milli Məclisə hörmətsizlikdir”

“Bəzi dövlət qurumlarının müraciətlərimizə cavab verməməsi Milli Məclisə hörmətsizlikdir”, – deputat Yevda Abramovun sözləridir.

“Report” yazır ki, o, bu sözləri yanvarın 19-da Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında deyib:

“Aldığımız müraciətlər aiddiyyəti dövlət qurumlarına, nazirliklərə göndərilir. Gələn cavablar az olur. Bu, həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.

Deputat bildirib ki, belə olan halda vətəndaş Milli Məclisdən inciyir:

“Biz nəsə deyəndə məqsədimiz özümüzü gündəmə gətirmək olmur. Amma bəzi deputatlar özlərini reklam edirlər. Mətbuatda deputatın təyyarədə içdiyi kofe barədə də yazılar gedir. Reklam nəyə lazımdır ki?!”.

Milli Məclis sədr müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova Yevda Abramovun fikirləri ilə razılaşmayıb. O, dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsini hörmətsizlik hesab etmir:

“Milli Məclis nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.

Ana səhifəXəbərlərYevda Abramov: Bəzi deputatlar özlərini reklam edirlər