Yerli bankların aktivləri azalıb

Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun icmal göstəricilərini açıqlayıb

Source:


Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun icmal göstəricilərini açıqlayıb

2016-cı ilin dekabrında bankların aktivləri 1,35 faiz azalıb.

32 kommersiya bankının cəmi aktivləri 31 439,5 mln, öhdəlikləri 29,530,7 mln, balans kapitalı isə 1 908,8 mln. manat olub.

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın bank sektorunun 31 dekabr 2016-cı il tarixinə olan icmal göstəricilərini açıqlayıb.

Palatadan “Report”a verilən məlumata görə, bu il yanvarın 1-nə bankların kredit portfeli 15 938,3 mln. manat olub. Bu da ötən il dekabrın 1-i ilə müqayisədə 1,06 faiz çoxdur:

“2016-cı ilin dekabrında bankların depozit portfeli 2,84 faiz azalaraq 16,41 mlrd. manat təşkil edib. Portfelin 7 432,1 mln. manatı və yaxud 45,3 faizi fiziki şəxslərin depozitləridir. Bunun isə 5 671,1 mln. manatı və yaxud 76,3 faizi müddətli, 1 760,9 mln. manatı və yaxud 23,7 faizi isə tələbli depozitlərdir. Ay ərzində fiziki şəxslərin depozitlərində 2 faiz, onların müddətli depozitlərində 1 faiz azalma qeydə alınıb”.

Ana səhifəXəbərlərYerli bankların aktivləri azalıb