Yerkökü satan kəndlilərin pandemiya dərdi

Pandemiya səbəbi ilə tətbiq edilən karantin qaydaları, rayonlarda təsərrüfatla məşğul olan insanları da sıxıntıya salıb.

Source: Specify Source

01 (5).jpg
01 (5).jpg
01 (4).jpg
01 (4).jpg
01 (2).jpg
01 (2).jpg
01 (16).jpg
01 (16).jpg
01 (15).jpg
01 (15).jpg
01 (14).jpg
01 (14).jpg
01 (13).jpg
01 (13).jpg
01 (12).jpg
01 (12).jpg
01 (11).jpg
01 (11).jpg
01 (10).jpg
01 (10).jpg
01 (9).jpg
01 (9).jpg
01 (7).jpg
01 (7).jpg
01 (6).jpg
01 (6).jpg
01 (3).jpg
01 (3).jpg
01 (1).jpg
01 (1).jpg

Pandemiya səbəbi ilə tətbiq edilən karantin qaydaları, rayonlarda təsərrüfatla məşğul olan insanları da sıxıntıya salıb. Bərdədə yol kənarında yerkökü əkib satan insanlar məhsullarının əllərdinə qaldığını deyirlər.

Sahib Vəliyevin sözlərinə görə, bu il məhsulların qiyməti çox aşağı olub və daha az məhsul sata biliblər. Əsas səbəb isə tətbiq edilən Covid-19 virusunun gətirdiyi sərt qaydalardır.

Ötən il 10-12 manata satılan bir kisə yerkökünu bu il 7-9 manata satıblar. Kəndlilər məhsullarının əllərində qalıb xarab olmasındansa ucuza satmağı üstün tuturlar.

Sahib Vəliyev bildirir ki, bir kisəni 7 manata satanda yerkökünün bir kiloqramı 30 qəpiyə düşür. Bu qiymətin isə öz mayasını bəzən çıxarmadığından şikayətçidir. Belə ki, yerkökünün torpaqdan çıxarılması, toplanması və xüsusi maşınla yuyulması prosesi xərc tələb edir.

Sahib Vəliyevin fikrincə, yerkökünün satılmamasının ən əsas səbəblərindən biri pandemiya qadağasına görə restoran və kafelərin işləməməsidir.

Ana səhifəSosialYerkökü satan kəndlilərin pandemiya dərdi