18 nəfərin itkin düşdüyü bildirilir
Yerevanda “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Tibb məntəqələrinə 60 nəfər müraciət edib, onlardan 12-sinin müalicəsi davam etdirilir.
Bu barədə yerli media Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
18 nəfərin hələ itkin düşdüyü bildirilir.
Avqustun 14-də “Surmalu” Ticarət Mərkəzində partlayış baş verib.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 357-ci maddəsinin 2-ci bəndi (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), habelə 358-ci maddəsinin 2-ci hissəsi (saxlama qaydalarını pozma, ehtiyatsızlıqdan insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olan yanar və ya yanar materialların daşınması, çatdırılması və ya istifadəsi) ilə cinayət işi başlanıb.