Yerevanda KTM-in sammiti keçirilir

Müzakirələrin əsas mövzusu terrorizmə qarşı mübarizə və xarici siyasətdir

Source:
Foto: Kremlin.ru
Foto: Kremlin.ru

Müzakirələrin əsas mövzusu terrorizmə qarşı mübarizə və xarici siyasətdir

Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının sammitində iştirak etmək üçün Yerevana gedib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, müzakirələrin əsas mövzusu terrorizmə qarşı mübarizə və xarici siyasətdir.

İclasda Qazaxstan prezidenti istisna olmaqla KTM-ə üzv olan bütün dövlət başçılarının iştirak edəcəyi bildirilib. Qazaxstanı sammitdə ölkənin baş naziri təmsil edəcək.

Toplantiya Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinin (MDB) nümayəndələri də qatılacaqlar.

Sammitdə dövlət başçılarının əsas problem və təhlükələrə ümumi yanaşmasını əks etdirən bəyanatın qəbul edilməsi gözlənilir.

Hərbi-siyasi birlik olan KTM 1992-ci ildə yaradılıb. Rusiya Federasiyası, Ermənistan, Belorusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan bu təşkilatın üzvləridr.

Ana səhifəXəbərlərYerevanda KTM-in sammiti keçirilir