Yerevanda əhali küçəyə axışdı, hökumət binasına zərər vuruldu

İnsanlar Baş nazirin istefasını tələb edirlər

Source:


İnsanlar Baş nazirin istefasını tələb edirlər

Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasından sonra ölkənin paytaxtı Yerevanda iştişaş başlayıb. Küçələrə axışan insanlar hökumət binasına daxil olub, şüşələri sındırıb, hökumətin istefasını tələb edirlər.

Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı sənədə imza atdığını

bildirib

.

Noyabrın 9-da “Çiçəklənən Ermənistan”, Erməni İnqilabi Federasiyası – Daşnaksutyun, Respublika Partiyası və bir sıra Ermənistan siyasi partiyaları baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

AzadlıqRadiosunun Erməni xidmətinin yazdığına görə 17 partiyanın imzaladığı birgə bəyanatda deyilir ki, hakimiyyət ölkənin üzləşdiyi daxili və xarici problemlərin öhdəsindən gələ bilməyib, canlı və ərazi itkilərinə yol verib, ölkənin müttəfiqləri və ilk növbədə Rusiya ilə münasibətlər zəifləyib.

Partiyalar Paşinyan və onun hökumətini “könüllü şəkildə və təlatümə yol vermədən” istefa verməyə çağırıblar.

Bəyanatda deyilir ki, ölkənin üzləşdiyi hərbi-siyasi böhranın aradan qaldırılması üçün “təcili qaydada yeni icra orqanı” yaradılmalıdır.

Yerevanda əhali küçəyə axışdı, hökumət binasına zərər vuruldu
Ana səhifəXəbərlərYerevanda əhali küçəyə axışdı, hökumət binasına zərər vuruldu