Yerevan mina xəritələrini beynəlxalq tərəfdaşlar vasitəsilə Bakıya vermək istəyir

Mina. Foto: ANAMA

“Bu, Ermənistan tərəfinin etibarlı məlumat ötürməsinə əminlik yaradacaq”

Ermənistan mina xəritələrinin Azərbaycana verilməsi prosesini beynəlxalq tərəfdaşlar vasitəsilə mümkün sayır.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də mətbuat konfransı zamanı bildirib.

Nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti minalarla bağlı məlumat əldə etməyə çalışır.

a
Mənbə: Reuters

“Qarşılıqlı konstruktiv yanaşma və etimadın gücləndirilməsi halında biz etibarlı məlumatları bərpa edib Azərbaycana ötürə biləcəyik. Amma bu proses beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirilməlidir. Bu, Ermənistan tərəfinin etibarlı məlumat ötürməsinə əminlik yaradacaq”, – deyə Ararat Mirzoyan qeyd edib.

Azərbaycanın rəsmi orqanları bildirir ki, azad olunmuş ərazilərdə indiyə qədər 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb.

Son məlumata görə, bu günə kimi 342 nəfər mina partlayışının qurbanı olub.

Ana səhifəSiyasətYerevan mina xəritələrini beynəlxalq tərəfdaşlar vasitəsilə Bakıya vermək istəyir