Yerdən kənarda həyatın mövcudluğunun nişanələri tapılıb

Massachusetts Texnologiya İnstitutu molekulyar astrofizik və tədqiqatın həmmüəllifi Klara (Clara) Sousa-Silva deyib

Source: Specify Source


Elm adamları uzun müddətdir araşdırma aparır

Elm adamları bazar ertəsi günü Veneranın sərt turşulu buludlarında Yerin qonşusunda mikrobları yaşada biləcək fosfin adlı qaz aşkar ediblər. Bu, Yerdən kənarda potensial həyatın mövcudluğundan xəbər verir, – “Reuters” xəbər verir.

Tədqiqatçılar faktiki həyat formalarını kəşf etməyiblər, ancaq qeyd ediblər ki, fosfin oksigenlə dolu mühitdə inkişaf edən bakteriyalar tərəfindən istehsal olunur. Beynəlxalq elmi qrup əvvəlcə Havaydakı “James Clerk Maxwell” Teleskopundan istifadə edərək fosfini görüb və Çilidəki Atacama Large Millimeter / submillimeter Array (ALMA) radio teleskopu ilə bu fakt təsdiqlənib.

“Çox təəccübləndim – əslində məəttəl qaldım”,- “Nature Astronomy” jurnalında yayımlanan araşdırmanın aparıcı müəllifi Uelsdəki Cardiff Universitetinin astronomu Ceyn Qrivz (Jane Greaves) deyib.

Yerdən kənar həyatın mövcudluğu uzun müddətdir elmin ən vacib suallarından biri olub. Elm adamları günəş sistemindəki və digər bölgələrdəki planetlərdə və aylarda “dolayısı ilə həyat əlamətləri” tapmaq üçün uzun müddət araşdırma aparıblar.

Massachusetts Texnologiya İnstitutu molekulyar astrofizik və tədqiqatın həmmüəllifi Klara (Clara) Sousa-Silva deyib:

“Venera haqqında bildiyimiz, nə qədər fantastik səslənsə də, odur ki, fosfinin ən ağlabatan izahı həyatdır”.

“Bu önəmlidir, çünki fosfindirsə və həyatdırsa, deməli, biz tək deyilik. Bu da o deməkdir ki, həyatın özü çox yaygındır və qalaktikamızda başqa yaşayış olan planet olmalıdır”.


Fosfin insanlar üçün olduqca zəhərlidir

Fosfinə Venera atmosferində milyardda 20 hissədə rast gəlinib. Greves deyib ki, tədqiqatçılar vulkanizm, meteoritlər, şimşəklər və müxtəlif növ kimyəvi reaksiyalara girə bilən potensial bioloji olmayan mənbələri araşdırıb, lakin bunların heç birinə rastlanmayıb. Tədqiqat həyatın varlığını təsdiqləmək və ya alternativ açıqlama tapmaq üçün davam edir.

Ana səhifəDünyaYerdən kənarda həyatın mövcudluğunun nişanələri tapılıb