Mənbə: Orxan Əzim (@orkhan_azim)

Yenidən qovuşan bacılar

Məqalə yeniləndi:  10 İyun 2021

Orijinal olaraq yayımladıThe Caspian Post

Dağılmış kəndin xarabalıqları arasındakı qədim izlər nəhayət, bərpa edilə bilər

Fotoqraf Orxan Əzim Azərbaycanın bu yaxınlarda işğaldan azad edilmiş Ağdam bölgəsində araşdırma apararkən Yusifcanlı kəndində kədər oyandıran xarabalıqları ziyarət edib. 1993-cü ilin yayında, Birinci Qarabağ müharibəsi zamanı bu kəndin sakinləri qaçdıqdan sonra tərk edilmiş, çöllük ərazidə yerləşən bu kiçik kəndin heç vaxt ölkənin ən gözəl yerlərindən biri olduğu iddia edilə bilməzdi. Lakin 1990-cı illərə qədər burada qərb yamacları üfüq xəttinə uzanan Kiçik Qafqaz dağlarının arxasında parıldayan günəşin batışını izləmək fürsəti olan 1350 azərbaycanlı yaşayırdı. İndi hər biri xarabalığa çevrilmiş binalar əsasən 20-ci əsrin tikililəridir, lakin ətraf ərazilərə səpələnmiş şəkildə duran bir neçə qədim kurqan (qədim türk məzarları) var və onlar minilliklər boyu unudulmuş tarixə şahidlik edir. Kənd qəbiristanlığındakı soyuq məzar daşları daha çox yenidir: üzərlərində Sovet dövründə normal şəkildə tətbiq olunan Kiril əlifbasından istifadə edilərək Azərbaycan adları yazılıb. Orxan burada bu xüsusi cəlbedici mənzərə ilə qarşılaşıb.

Ağdam

Ağdam

Mənbə: Orxan Əzim (@orkhan_azim)

Dar bir xəndəklə ayrılmış iki məzar daşı var. Hazırda Latın əlifbası istifadə edən Azərbaycan vaxtilə fərqli bir hərfdən istifadə edib, burada sol tərəfdəki məzarın üstündə yazılan adın Səringül Mürşüd qızı, yəni Mürşüdün qızı Səringül və sağ tərəfdəki məzarda Təyyarə Mürşüd qızı, yəni Mürşüdün qızı Təyyarə yazılıb. Hər ikisi yaxınlıqda abidəsi olan Mürşüd Qəhramanov adlı şəxsin qızlarıdır. Yəni Səringül və Təyyarə bacıdırlar. Onlar əvvəlcə yan-yana basdırılmışdılar - həyatda olduqları kimi ölümlərindən sonra da yaxın idilər. Onları bir-birindən ayıran hərbi xəndək daha sonra, 12 aprel 1994-cü ildə, kəndi zəbt edən ermənilər tərəfindən qazılıb. Yəni, kəndin çox hissəsində olduğu kimi.

Məlum olduğu kimi, ermənilər işğal zamanı daha da irəliləyə bilməyib və Birinci Qarabağ müharibəsinin “soyuq müharibə ” ilə əvəzləndiyi bir zamanda Yusifcanlı kəndinin sərhədi nəzarət xəttinə çevrilib.

25 ildən çoxdur ki, bu kənd, minalanmış əraziləri, partlamamış hərbi sursatları və hər zaman mövcud olan atəşkəsin pozulma təhlükəsini özündə birləşdirən təhlükəli, insan yaşamayan torpaqların ucundakı işıq nöqtəsi kimi idi. Bu 25 il ərzində bacıların məzarı da fərqli iki tərəfdə qalıb.

Sonra İkinci Qarabağ müharibəsi başladı. 44 günlük münaqişəyə 2020-ci ilin noyabrında son qoyan razılaşma ilə Azərbaycan əvvəllər itirdiyi bütün torpaqları geri qaytardı. Yusifcanlı da daxil olmaqla. Dağılmış Ağdam rayonunun qalan hissəsində olduğu kimi, minaların təmizlənməsi, otuz il əvvəl sürgün edilmiş ailələrin geri qaytarılması üçün gərəkli böyük yenidənqurma layihəsinin ilk mərhələsi hazırlanmağa başlanıb.

Bu arada, sülhün bərpa edilməsi ilə qəbiristanlığı bölən xəndək tezliklə yenidən doldurulacaq və bu müharibə yarası yox olan kimi Qəhrəmanov bacıları Səringül və Təyyarə yenidən qovuşacaqlar.

Ağdam

Ağdam

Mənbə: Orxan Əzim (@orkhan_azim)

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 İyun 2021

Orijinal olaraq yayımladıThe Caspian Post

Bölmələr:  
qısa linklər:   http://mtv.re/8rrjkw

Ən çox baxılan