Yeni Zelandiyanın Baş naziri nişanlanıb

O, ofisdəykən dünyaya uşaq gətirən ikinci qadın liderdir

Source: Meydan TV


O, ofisdəykən dünyaya uşaq gətirən ikinci qadın liderdir

Yeni Zelandiya Baş naziri Casinda Ardern (Jacinda Ardern) uzun müddərdir birgə yaşadığı televiziya şou proqramının aparıcısı Klark Qeyford (Clarke Gayford) ilə nişanlanıb, – “Reuters” xəbər verir.

Bu haqda məlumatı Baş nazirin sözcüsü verib.

Baş tutacaq bu evlilik dünya liderləri üçün nadir hadisədir. Keçən il Baş nazir Ardernin hamilə qalması qadın liderləri üçün tərəqqi rəmzi kimi qəbul edilmişdi.

O, ofisdəykən doğum edən ikinci qadın liderdir. Ondan öncə 1990-cı ildə Pakistanın lideri Benazir Butto uşaq dünyaya gətirmişdi. Ardern vəzifədəykən evlənərsə, bu, 2008-ci ildə Fransa prezidenti Nikola Sarkozinin Karla Bruni ilə evlənməsindən sonra evliliyə gedən ikinci dünya lideri olacaq.

Ardernin nişanlısı Qeyford 41 yaşındadır və balıqçılıqla bağlı televiziya proqramı aparır. 38 yaşlı Ardern ölkəni idarə edərkən Qeyford 10 aylıq qızlarının qayğısına qalır.

Nişan xəbəri jurnalistlərin cümə günü ictimai bir toplantıda Ardernin barmağında nişan üzüyü görməsiylə yayılıb.

Onun sözçüsü Əndryu Kampbel (Andrew Campbell) xəbəri təsdiqləyib və Baş nazirin nişan üzüyünü Pasxadan etibarən taxdığını deyib. O, evlilik təklifinin detalları haqda məlumat verməyib.

Yanvarda Londonda səfərdə olarkən BBC Arderndən evlənmək üçün Qeyfordun təklifini gözləyəcəyini, yoxsa özü ona evlilik təklif edəcəyini soruşmuşdu.

"Qətiyyətlə deyim ki, mən feministəm. Ancaq mən onu bu sual üzərində düşünməsi üçün ağrı və işgəncə ilə başbaşa qoymaq istərdim. Bu, onu çəngəldən uzaqlaşdırırmı? Tamamilə yox," – deyə Ardern cavab verib.

Cütlük təxminən altı il əvvəl, Qeyford o zamankı hökumətin təhlükəsizlik qanunlarına düzəlişlərini parlamentin bir üzvünə şikayət etməyə getdiyi zaman tanış olublar.

Qeyford o zaman İşçi Partiyasının yüksələn ulduzu olan Ardernlə qarşı-qarşıya gəlib. Sonradan kofe içməli olan cütlük bir yerdə yaşamaq qərarı alıblar.

Qeyfordun “Günün balıqları” adlı televiziya şousu onu Sakit okean ətrafına aparır və fərqli balıq reseptləri tapmasına kömək edir. Proqram 20 ölkəyə satılıb və 2016-cı ildə Hyuston Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Ötən ilin sentyabrında Ardern südəmər qızı və nişanlısıyla birlikdə Nyu-Yorka BMT-nin Baş Assambleyasında iştirak etmək üçün getmişdi.

Ailə vaxtlarını paytaxt Vellinqton və evlərinin yerləşdiyi Aukland arasında paylaşdırır.

İndiyədək üç ABŞ prezidenti vəzifədəykən evlənib, Ağ Evin Tarix Assosiasiyası bildirir. Bu liderlər Vudro Vilson, Con Taylor və Qrover Klivlanddır. Sonuncuların hər ikisi Ağ Evdə evlənib.

Ana səhifəDünyaYeni Zelandiyanın Baş naziri nişanlanıb