Yeni Zelandiya məscidində kütləvi qırğın törətmiş Tarrant ömürlük həbs edilib

Şəhərin mərkəzindəki məhkəmə kompleksinin kənarında çox sayda insanın toplaşdığı, insanların qurbanlara, onların ailələrinə və şəhərin müsəlman icmasına dəstək mesajları verdikləri bildirilir.

Source: Specify Source


Brenton Tarrant cəzasını Avstraliyada çəkə bilər

Avstraliyanın Baş naziri cümə günü Yeni Zelandiya məscidində baş verən kütləvi qırğına görə bu həftə ömürlük həbsə göndərilən Brenton Tarrantın cəzasını vətənində yerinə yetirməsi mövzusunda müzakirələrə açıq olduğunu deyib,- “Reuters” xəbər verir.

Scott Morrison “Kanal 7”-yə açıqlamasında bildirib ki, Yeni Zelandiyadan belə bir köçürmə üçün rəsmi müraciət almayıb. Yeni Zelandiya Baş nazirinin müavini Uinston Peters Tarrant cümə axşamı məhkum olunduqdan sonra belə bir təklif irəli sürüb.

“Açıq müzakirə aparacağıq və bununla bağlı məsələlərə baxacağıq”, – deyən Morrison qurbanların ailələrinin fikirlərinin nəzərdən keçirilməli olduğunu deyib.

“Mən bilirəm ki, bütün avstraliyalılar və bütün yeni zelandiyalılar bu xarakterdə birinin əbədi olaraq kilidlənməsini və bir daha gün işığı görməməsini istəyərlər. Mən də bununla razıyam. İstər Yeni Zelandiyada, istərsə Avstraliyada olsun”.

Sidneydən şimalda bir kənddə böyüyən Tarrant 51 qətl 40 qətlə cəhd və Kristçörçdəki (Christchurch) iki məsciddə terror aktı törətmək ittihamını qəbul edib.

Tarranta verilən ömürlük hökm yeni zelandiyalıların ictimai qəmini sevincə çevirib, – “Washington Post” cümə axşamı bildirib.

Tarrantın qurbanları o həbs yola salınarkən bir-birilərini qucaqlayaraq ağlayıblar, – “Washington Post” əlavə edib.

Şəhərin mərkəzindəki məhkəmə kompleksinin kənarında çox sayda insanın toplaşdığı, insanların qurbanlara, onların ailələrinə və şəhərin müsəlman icmasına dəstək mesajları verdikləri bildirilir.

Avstraliya və Yeni Zelandiya viza razılaşmalarına sahib olduqları halda ölkələr arasında məhbus mübadilə sazişi yoxdur.

Yeni Zelandiya hökumətinin hesablamalarına görə, Tarrant üçün xüsusi təhlükəsizlik tədbirləri vergi ödəyicilərinə iki il ərzində 3,6 milyon NZ (2,4 milyon dollar) və ya gündə təxminən 5,000 NZ dəyərində başa gələcəyi gözlənilir.

Tarrantın vətəndaşlıq məsələsi bu həftə Kristçörçdə keçirilən məhkəmə dinləmələrində bir neçə dəfə qaldırılıb.

Yüksək Məhkəmənin hakimi Kameron (Cameron) Mander Tarrantın Yeni Zelandiyadakı hücumlarının dünyanın ən təhlükəsiz ölkələrindən birində qorxu yaratmaq məqsədi daşıdığına inandığını deyib.

Hücumda bir oğlunu itirən Con (John) Milne çərşənbə günü məhkəmədə Tarrantın “gəldiyi Avstraliyaya geri göndərilməli” olduğunu deyib.

Ana səhifəDünyaYeni Zelandiya məscidində kütləvi qırğın törətmiş Tarrant ömürlük həbs edilib