Yeni siyasi repressiya dalğasına etiraz edilib

Siyasi Məhbusları Müdafiə Mərkəzi bəyanatla çıxış edib

Source:
Siyasi Məhbusları Müdafiə Mərkəzi
Siyasi Məhbusları Müdafiə Mərkəzi


Siyasi Məhbusları Müdafiə Mərkəzi bəyanatla çıxış edib

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) ictimai fəalların həbsilə bağlı son faktları pisləyib.

“Son zamanlar hakimiyyətin ictimai fəallara, həbsdə olan siyasi məhbuslara qarşı repressiyasının yeni mərhələsi başlayıb. Tənqidi baxışlarına, fikirlərinə görə insanlar şərlənib həbs olunur, həbsdə olan siyasi məhbuslar təzyiqlərə, işgəncələrə məruz qalır”, – Mərkəzin məlumatında deyilir.

Bəyanat müəllifləri əsasən Musavat Partiyasının fəalı, Litvada siyasi mühacirətdə

olan

Azad Həsənovun, eləcə də Klassik Xalq Cəbhəsi Partiyasının üzvü, Rusiyadan gələn Ceyhun Nəbinin həbsinə

toxunublar.

“C.Nəbi oktyabrın 23-də Şəmkirdə həbs edilib və iki gündür onun yeri haqda məlumat verilmir. Bəzi məlumatlara görə, Facebook-da hakimiyyət əleyhinə yazdığı tənqidi statuslara görə həbs olunub və hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır.

Həddi-büluğa çatmayan fəal Fatimə Mövlamlı 30 saatdan çox Binəqədi polisində saxlanılıb və ondan məcburi qaydada izahat alınıb.

Son günlər siyasi məhbuslar Əhsən Nuruzadə, Elgiz Qəhrəmanlı, Əfqan Muxtarlı, Saleh Rüstəmov, Aqil Əli Məhərrəmli, Ruslan Nəsirli, Babək Həsənov və digərləri əsassız olaraq karsa salınıb.

AXCP fəalı Fuad Əhmədli və bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa çıxmaq istəkləri rədd edilib.

Digər AXCP fəalı Məmməd İbrahim və dindar Telman Şirəliyev azadlığa çıxmalarına bir neçə gün qalmış yenidən həbs olunublar”, bəyanatda deyilir.

SMMM bəyanatında ictimai fəallara və jurnalistlərə təzyiq faktlarını pisləyir, onların dərhal azadlığa buraxılmasını tələb edib.

“SMMM Azərbaycan hakimiyyətini Konstitusiyanın təməl prinsiplərinə əməl etməyə, insanların hüquq və azadlığının qorunması üçün əməli addımlar atmağa çağırır”.

SMMM 2017-ci ilin yanvarında Sülh və Demokratiya İnstitutu, Siyasi Məhbuslarsız Azərbaycan və Siyasi Məhbusların Monitorinq Mərkəzi tərəfindən yaradılıb.

Ana səhifəXəbərlərYeni siyasi repressiya dalğasına etiraz edilib