Ancaq sektor narazılqıları qəbul etmədi
Son bir neçə gündə nəqliyyat naziri Ziya Məmmədov və yaxınları medianın diqqət mərkəzindədir. Nazirin qardaşı, deputat Elton Məmmədovun övadlarının “avtoşluğu” ilə bərabər rəhbərlik etdiyi nazirliyin rəsmilərinin taksi dürücülərinə qarşı özbaşınalığı onu tənqid hədəfinə çevirir. Bu hadisələr yalnız paytaxtda baş vermir. Araşdıranda məlum olur ki, Ziya Məmmədova yaxın adamların qanunsuzluqları əyalətlərdə də adi hal alıb.
Konkret olaraq, nazirin xalası nəvəsi Anar Cəfərlinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Region Qovşağına rəisi təyin olunmasından sonra yerli sahibkarların narahatlıqları artıb. Bu barədə Meydan TV-yə adının çəkilməsini istəməyən sahibkarın verdiyi məlumata görə, yeni rəisin adından danışan Aqil adlı şəxs qeyri-rəsmi şəkildə sahibkarlara aylıq hesabı artırmaq mesajı verib. Onlar bunun səbəbini soruşduqda adam “belə lazımdır” deyərək, söhbətə son qoyub.
Ancaq sahibkarlar tələblə barışmaq niyyətində deyillər. Onlar müvafiq dövlət orqanlarına müraciət etmək niyyətlərini gizlətmirlər.
Nəqliyyat Departamentinin Sumqayıt üzrə sektor müdiri Məzahir Piriyev narazalıqları qəbul etmədi: “Belə şey ola bilməz, biz hər şeyi nəzarətdı saxlayırıq”. O, əgər belə narazılıqlar varsa, ona şikayət etməyi vacib saydı.