Yeni qanun layihəsi müzakirəyə çıxarılacaq

Fazil Mustafa: “Qanun layihəsinin plana salınması hələ onun müzakirə ediləcəyi anlamına gəlmir”

Source:

“İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarıla bilər.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Meydan TV-yə layihənin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil edildiyini təsdiqləyib.

O, layihənin plana daxil edilməsinin, onun mütləq müzakirəyə çıxarılacağı anlamına gəlmədiyini də bildirib.

Layihəyə payızda baxılması mümkündür. Ancaq növbəti sessiyaya saxlanması da istisna deyil. F.Mustafa belə söyləyib.

Adıçəkilən qanun layihəsi insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Azərbaycanın üzv olduğu dövlətlərarası qurumların, o cümlədən Avropa Məhkəməsinin qərarlarının icrası qaydalarının dəyişdirilməsinı nəzərdə tutur.

Ana səhifəXəbərlərYeni qanun layihəsi müzakirəyə çıxarılacaq