”Yeni özəlləşdirmə ictimai xidmətləri bahalaşdıra bilər”

Qubad İbadoğlu: “Böyük özəlləşdirməyə sadə məsələ kimi baxmaq olmaz”

Source:


Qubad İbadoğlu: “Böyük özəlləşdirməyə sadə məsələ kimi baxmaq olmaz”

“Yeni özəlləşdirmə ictimai xidmətləri bahalaşdıra bilər”.

Bu sözləri iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb.

“Ötən ilin yayında yazmışdım ki, Azərbaycanda böyük özəlləşdirmə başlaya bilər. O zamandan görünürdi ki, hökümət vəziyyətdən çıxmaq üçün əlavə maliyyə qaynaqları axtaracaq. Lakin 6 ay öncə hələ bir çoxu kimi Azərbaycan hakimiyyəti də neftin dünya bazar qiymətinin bu qədər ucuzlaşacağını təsəvvürünə belə gətirmirdi. Hazırda isə ölkəyə asan və əlavə maliyyə vəsaitləri cəlb etmək istəyən hökümət olan-qalan aktivlərini satışa çıxarmaqla fiskal məqsədli özəlləşdirməyə və həm də xarici borclanmaya çox həvəslidir” – deyə iqtisadçı qeyd edir.

Onun sözlərinə görə, mütərəqqi dünya praktikası göstərir ki, hər 2 variant davamlı və dayanıqlı maliyyə təminatı baxımından uğurlu sayılmır. Çünki onların hər ikisi qısa müddət üçün effekt verir və hər ikisində dövlətin investorlar və kreditorlar qarşısında öhdəlikləri yaranır:

“Azərbaycanda dövlətsizləşdirmənin növbəti və hazırkı mərhələsi böyük özəlləşdirmə adlandırmaq olar. Çünki artıq kiçik və orta müəssisələr çoxdan özəlləşdirilib. Baxmayaraq ki, 1 iyul 1994 -cü ilə olan ilk qiymətləndirmə zamanı Azərbaycanda əsas fondlar 4,5 trilyon manat və ya 1 milyard dollar təşkil edirdi. 1996-cı ilin iyun ayında Nazirlər Kabinetinin qərarı ilə yaranmış xüsusi qiymətləndirmə komissiyasının hesablamalarına görə, həmin ilin ortalarına əsas fondların dəyəri 25 mlyard dollar olub. Ən son qiymətləndirmədə isə əsas fondların dəyəri 76,8 trilyon manat və ya o vaxtkı məzənnə ilə 18,7 milyard dollar təşkil edib, 1-ci kütləvi özəlləşdirmə nəticəsində Azərbaycan dövlət büdcəsi cəmisi 75 milyon dollar gəlir əldə edib. Odur ki, növbəti böyük özəlləşdirmədən də böyük vəsaitlər gözləməyə dəymir. Xüsusilə də nəzərə alsaq ki, hazırda özəlləşdirməsi planladırılan müəssisələr əsasən əhaliyə ictimai xidmətlər göstərənlərdir. Onlar arasında, ilk növbədə, “Azərenerji”, “Azərsu” və digərlərinin adı hallanır. Hər iki şirkət aşağı tarif siyasətini saxlamaq üçün dövlətdən və xaricdən milyardlarla dollar vəsait alıblar. Bu tip şirkətlərin özəlləşdirməsi yalnız fərdi investisiya müsabiqələri vasitəsilə mümkündür. Lakin istənilən halda özəlləşdirmə hər iki sektorda tarif dəyişikliyini, konkret olaraq onların göstərdikləri işığa və suya görə xidmətlərin bahalaşmasına gətirib çıxaracaq. Əks tədqirdə, heç bir investor bu şirkətlərin özəlləşdirilməsinə sərmayə yatırmayacaq. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, özəlləşdirməyə maraq göstərən investorlar qalib olduqları halda həmin şirkətlərin öhdəliklərinə görə də məsuliyyət daşımalı olacaqlar. Bu isə yalnız iri və uzunmüddətli sərmayə qoyuluşuna hazır olan investorıar üçün xarakterikdir. Belələri daxildə olsa da, inanmıram ki, üzə çıxarlar. Kənardan isə cəlb edilənlərin şərtləri xüsusilə də istehlakçılar üçün çox ağır ola bilər. Odur ki, böyük özəlləşdirməyə sadə məsələ kimi yanaşmaq doğru olmazdı. Bunun üçün ən azı 1 il hazırlıq işləri aparılmalıdır.

Ana səhifəXəbərlər”Yeni özəlləşdirmə ictimai xidmətləri bahalaşdıra bilər”