Yeni nazir rusiyalı və iranlı həmkarları ilə danışıb

“Tərəflər iki ölkə arasındakı münasibətlərin geniş spektri üzrə fikir mübadiləsi aparıblar, strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar”.

Source: google.az


“Sergey Lavrov hər iki tərəfi atəşkəsə riayət etməyə və bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırıb”

Azərbaycanın yeni Xarici İşlər naziri təyin olunan Ceyhun Bayramovla Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon söhbəti olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin iyulun 17-də yaydığı məlumatda qeyd olunub ki, Ceyhun Bayramov rusiyalı həmkarının təbriklərini qəbul edib.

“Tərəflər iki ölkə arasındakı münasibətlərin geniş spektri üzrə fikir mübadiləsi aparıblar, strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar. Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat və bölgədəki gərgin vəziyyət ilə bağlı rusiyalı həmkarını məlumatlandırıb və yaşanan bu gərginliyin əsas səbəbinin məhz Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzkar siyasətinin olduğunu deyib”.

Bildirilib ki, Sergey Lavrov hər iki tərəfi atəşkəsə riayət etməyə və bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırıb.

Ceyhun Bayramov həmçinin İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə də telefonla danışıb. Məlumata görə, İİR-in baş diplomatı C.Zərif münaqişənin həllində irəliləyişin əldə olunması üçün ölkəsinin hər zaman hazır olduğunu deyib.

Ana səhifəSiyasətYeni nazir rusiyalı və iranlı həmkarları ilə danışıb