Yeni məscidin təməli qoyulacaq

Hacı Cavad məscidinin ibadət əhli adından çıxış edən dindarlar prezidentə təşəkkür məktubu ünvanlayacaq

Source:
Allahşükür Paşazadə


Hacı Cavad məscidinin ibadət əhli adından çıxış edən dindarlar prezidentə  təşəkkür məktubu ünvanlayacaq

İyunun 1-də prezident İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin həmin rayonun ərazisində yeni ünvanda təməlinin qoyulacağı məkana baxış keçirilib.Tədbirdə baş nazirin birinci müavini Yaqub Eyyubov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak ediblər.

“Report”-un məlumatına görə, Allahşükür Paşazadə ölkə rəhbərinin dindarların qayğılarına hər zaman diqqətlə yanaşdığını bildirərək, keçmiş “Sovetski” adlanan məhəllənin dindarlarına edilən bu böyük hədiyyəni yüksək qiymətləndirib. A.Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin bu işdə rolunu xüsusi vurğulayıb.

Toplantıda Hacı Cavad məscidinin ibadət əhli adından çıxış edən dindarlar dövlət başçısına təşəkkür məktubu ünvanlamaq niyyətində olduqlarını bildiriblər.


Aprelin 12-də

“Sovetski” deyilən ərazidə ötən əsrin əvvəllərində tikilən “Hacı Cavad” məscidinin sökülməsinə cəhd olub. Ancaq yerli əhali etiraz etdiyindən icra hakimiyyəti söküntünü dayandırıb. Sakinlər 7 nəfərin saxlandığını, daha sonra azad olunduqlarını deyib.

Ana səhifəXəbərlərYeni məscidin təməli qoyulacaq