“Yeni mənzillər və qayıdış ümidləri” adlı hesabat təqdim olundu

Əsas məqsəd yeni inteqrasiyanın məcburi köçkünlərə təsirini, onların mövcud həyat şəraitini öyrənmək olub

Source:


Əsas məqsəd yeni inteqrasiyanın məcburi köçkünlərə təsirini, onların mövcud həyat şəraitini öyrənmək olub

Aprelin 30-da Humanitar Tədqiqatlar Cəmiyyəti Avropa İttifaqının maliyyə və Barışıq Resursları Təşkilatının dəstəyi ilə reallaşdırılan “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda Avropa Tərəfdaşlığı (EPNK)” layihəsi çərçivəsində reallaşdırdığı məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi proseslərini əhatə edən “Yeni mənzillər və qayıdış ümidləri” adlı hesabatının Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında müzakirəsini təşkil edib. Müzakirədə hökumət nümayəndələri, beynalxalq təşkilatların təmsilçiləri, Bakıda akkreditasiya olunmuş ölkələrin səfirliklərinin təmsilçiləri, QHT nümayəndələri, jurnalistlər və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi səfir Herbert Salber çıxış edərək, Avropa Birliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görülən işlər barədə məlumat verib və iştirakçıların suallarının cavablandırıb.

Barışıq Resursları Təşkilatının Cənubi Qafqaz proqramının rəhbəri Zigfried Vober təmsil etdiyi təşkilatın son illərdə Azərbaycanda məcburi köçkünlərin inteqrasiyası üçün həyata keçirdiyi layihələr barədə məlumat verib.

Sonra Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov təşkilatın koordinatoru olduğu “Birləşmiş imkanlar” Məcburi Köçkünlər Şəbəkəsi üzvlərinin potensialı və işlədikləri rayonlarda yerləşən məcburi köçkün icmaları arasında keçirilən müzakirələr əsasında tərtib olunan hesabat barədə məlumat verib. Humanitar Tədqiqatlar Cəmiyyətinin Sülh və Münaqişələrin həlli Departamentinin rəhbəri Bəxtiyar Aslanov hesabatın əsasən Ağdam, Bərdə, Füzuli, İmişli, Qazax rayonlarında, Bakı və Mingəçevir şəhərlərində məskunlaşan məcburi köçkün icmaları və yeni qəsəbələrə köçürülmüş şəxslərin fikirlərini əks etdirdiyini bildirib.

O, qeyd edib ki, hesabatın hazırlanması üçün nəzərdə tutulan müddətdə 14 fokus qrup keçirilib, hər bir fokus qrupa 8-15 nəfər olmaqla, cəmi 165 nəfər dəvət olunub. Fokus qruplara verilən sualların məqsədi əsasən məcburi köçkünlərin əvvəl yaşadıqları qəsəbə və məzillərdəki ümumi vəziyyət, yeni qəsəbələrin vəziyyəti və insanların orada mövcud olan həyat şəraiti, yeni qəsəbələrə köçürülmə prosesi və bununla bağlı məlumatlandırma kampaniyası, yeni qəsəbələrə köçürülmənin insanların inteqrasiyasına təsir etdiyini müəyyən etməkdən ibarət olub.

Ana səhifəXəbərlər“Yeni mənzillər və qayıdış ümidləri” adlı hesabat təqdim olundu