Daha 29 nəfər həyatını itirib
2021-ci ilin ilk günü Azərbaycanda 341 adam COVİD-19 infeksiyasına yoluxub, 3858 nəfər müalicə olunaraq sağalıb, 29 nəfər ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Operativ qərargah Azərbaycanda indiyə qədər 219 min 41 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:
“Onlardan 188 min 280 nəfər müalicə olunaraq sağalıb, 2670 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 28 min 91 nəfərdir”.
Qərargah ötən müddətdə 2 milyon 199 min 939 testin aparıldığını qeyd edib:
“Bugünkü test sayı isə 4 min 473-dür”.