Yenə qar yağacaq

Source:
Qar, şaxta – Foto: Report
Qar, şaxta – Foto: Report

Fevralın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.

Yarımadada gecə 0-2° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraitinə gəlincə, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacağı təxmin edilir.

Ana səhifəXəbərlərYenə qar yağacaq