Yəməndən çıxmaq istəyən azərbaycanlılar Səna aeroportunda təyyarə gözləyir

E.Qurbanzadə: “9 azərbaycanlığının konsulluq qeydiyyatında olmayan şəxslərdir”

Source:

E.Qurbanzadə: “9 azərbaycanlığının konsulluq qeydiyyatında olmayan şəxslərdir”

 “Təhlükəsizlik baxımından Səudiyyə Ərəbistanı buna icazə vermədi. Çünki təyyarə vurula bilərdi”

Bu fikirləri Azərbaycanın Səudiyyə Ərəbistanındakı, eyni zamanda Yəməndə akkreditə olunan səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə Yəməndə yaşayan 9 azərbaycanlı haqda danışarkən bildirib.

Onun APA-ya verdiyi açıqlamasına görə, martın 31-də onların “Türkiyə Hava Yolları” vasitəsilə Cibutiyə uçması təxirə salınıb: “Təhlükəsizlik baxımından Səudiyyə Ərəbistanı buna icazə vermədi. Çünki təyyarə vurula bilərdi. Bu gün Türkiyə tərəfi saat 12:00-da təkrar təyyarə göndərərək, onların Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə, daha sonra İstanbula uçacağını bildirmişdi. Lakin bu məsələ də Efiopiya tərəfinin icazəsi olmadığından qalıb. Hazırda 9 Azərbaycan vətəndaşı

hava

 limanında gözləyir. Rusiya tərəfi də Azərbaycan vətəndaşlarının təxliyə edilməsi ilə bağlı kömək edə biləcəyini deyib. Lakin vətəndaşları çox olduğu üçün Rusiya əvvəlcə öz vətəndaşlarını, aprelin 4-də isə Azərbaycan vətəndaşlarını çıxarmağı planlaşdırır. Ya Türkiyə, ya da Rusiya vasitəsilə onların təxliyə olunması planlaşdırılır”.

 Konsul deyib ki, 9 nəfər konsulluq qeydiyyatında olmayan şəxslərdir və onlarla müxtəlif vasitələrlə əlaqə saxlanılıb: “Rəsmi konsulluq qeydiyyatında olan 3 soydaşımız onların arasında deyil. Onlar Ədən şəhərində yaşadıqları və orada sakitlik olduğu üçün çıxmaq istəmirlər”.

 Emil Qurbanzadə bildirib ki, qeydiyyatda olmayan digər şəxslərlə bağlı səfirlikdə “qaynar xətt” fəaliyyət göstərir və onlar istənilən vaxt Yəməndən çıxmaqla bağlı müraciət edə bilərlər.

Ana səhifəXəbərlərYəməndən çıxmaq istəyən azərbaycanlılar Səna aeroportunda təyyarə gözləyir