Yəməndə aclıqdan uşaqlar dilənməyə məcbur edilir

“Aclıq sağlamlıq qorxusunu qəsb edib”.

Source: Specify Source


Son bir ildə ölkədə şəkər və bitki yağının qiyməti 25% -dən çox artıb

Yəməndəki ailələr uşaqlarını ərzaq, su və benzin qiymətlərinin artması ilə əlaqədar olaraq diləndirmək məcburiyyətində qalıb, – “Guardian” xəbər verir.

Yəmənin cənubunda üç əyalətdə yerləşən 150-dən çox evdən əldə edilən məlumatlara əsasən, respondentlər COVİD-19-dan çox ac qalmaqdan narahatdırlar. Sorğunu təşkil edən Beynəlxalq Xilasetmə Komitəsi (IRC) sualları cavablandıranların təxminən üçdə ikisinin (62%) qida və içməli su ala bilmədiklərini bildirib. Son bir ildə ölkədə şəkər və bitki yağının qiyməti 25% -dən çox artıb.

Yəməndə ərzaq çatışmazlığı problem olaraq qalmaqdadır. Ölkədə humanitar maliyyə yardımının getdikcə azalması milyonlarla insanı risk altında qoyub. Təxminən 3,2 milyon insan (əhalinin 40% -i) hazırda kəskin qida çatışmazlığı ilə üz-üzədir və beş yaşınadək demək olar ki, bütün yəmən uşaqları 2020-ci ilin sonuna qədər qidasızlığa düçar olacaq. Yəmənin şimalı üçün qida rasionu aprel ayından etibarən yarıbayarı azalıb və əlavə 5 milyon insan daha çox maliyyələşmə olmazsa, noyabr ayında qida yardımından məhrum olacaq, – IRC bildirib.

“Yəmənlilərin yaşadıqları kabus hər keçən gün daha da pisləşməkdədir,” IRC-nin Yəməndəki direktoru Tamuna Sabadze deyib.

“COVİD-19 -un ölkədə qeydə alınmaması, humanitar maliyyənin azalması, döyüş və hava hücumlarının artması ilə Yəməndə üçqat fövqəladə vəziyyət yaşanır. Bu sorğu COVİD-19-un dünyanın ən həssas insanlarının həyatına verdiyi dəhşətli iqtisadi təsirləri üzə çıxarır”.

“Ailələrini qidalandırmaq üçün respondentlər ödəyə bilmədikləri halda borca girməli olurlar, istehlak etdikləri yeməyin miqdarını azaltdıqlarını, torpaq və ya mal-qara kimi mallarını satdıqlarını və bəziləri hətta uşaqlarını dilənməyə göndərməli olduqlarını ifadə ediblər”,- o deyib.

Bu günə qədər 1900-dən az COVİD-19 yoluxma halı rəsmi olaraq qeydə alınsa da, bildirilir ki, həqiqi rəqəmin testlər edilmədiyi üçün daha yüksək ola bilər.

IRC-nin yüksək siyasət müşaviri Markus Skinner (Marcus Skinner) deyib ki, COVİD-19-un yaratdığı qida qiymətinin artma səbəbləri Yəmənə ciddi təsir edib. Skinner səbəb olaraq ölkədə bütün ərzaqların təxminən 85% -nin idxal olunduğunu bildirib. O deyib ki, ailələr yemək və təhsil üçün aldıqları vəsaiti gündəlik ərzağa yönəldiblər.

Skinner “uşaq evliliyində və uşaq dilənçiliyində artımın artdığını və ailələrin yedikləri yemək miqdarını azaltdıqlarını” qeyd edib:

“Ancaq bizim üçün ən çox təəccüblü tapıntı cənub ərazilərdə, xüsusən də koronavirusun yoxlanılmamış olduğu Adendə xəstəxanaların dolması, qəbiristanlıqların daşması olub”.

Skinnerin sözlərinə görə, əsas narahatlıq iqtisadiyyatın pisləşməsi və ərzaq təhlükəsizliyinin təsirsiz ötüşməməsidir:

“Aclıq sağlamlıq qorxusunu qəsb edib”.

IRC BMT-ni ölkəyə humanitar maliyyələşdirməni artırmağa və ABŞ, İngiltərə və Fransadan münaqişədə iştirak edən tərəflərə hərbi dəstəyə son verməyə çağırıb.

Ana səhifəDünyaYəməndə aclıqdan uşaqlar dilənməyə məcbur edilir