Milli Şuranın 17 sentyabr mitinqində saxlanılan fəallar azadlığa buraxılıb.
İcazəli mitinq başa çatdıqdan sonra polis əməkdaşları bir neçə fəal gənci həbs edərək Yasamal rayon Polis İdarəsinə aparmışdı. Yasamal rayon Məhkkəməsinin qərarı ilə Ruslan Qara, Elton Əli, Araz Səməd, Məmməd Baləmmədov, Dəyanət Əliyev, Kazım İmanov, Şəmistan Şahverdiyev və Nurlan Sarıyev 8 gün müddətinə azadlıqdan məhrum edilmişdilər. Polisin tələbinə tabe olmamaqda günahlandırılan fəallar bu gün azadlığa buraxılıb.
Bu yazı 8 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 25 Sentyabr 2016 21:00