Yemək, siqaret və içki – daha çox pul aparır

Toxuculuq məhsullarına 18, geyim və ayaqqabılara 6.6 faiz gedib

Source:


Toxuculuq məhsullarına 18, geyim və ayaqqabılara 6.6 faiz gedib

2016-cı ilin yanvar-noyabr aylarında istehlakçılara 26.3 milyard manatlıq məhsul satılıb. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri 2.6 faiz artıb.

DSK bildirir, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49.7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşür. Toxuculuq məhsullarına 18, geyim və ayaqqabılara 6.6 faiz gedib. Elektrik malları və mebellərə isə 5.7 faiz xərclənib.

Bundan başqa, avtomobil yanacağına 1.5, iynə-dərmana 0.8, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 17.7 faiz pul sərf olunub.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, peçenye və paxlavanın, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin, armudun, narın, heyvanın, pomidorun, xiyarın qiymətlərində bahalaşma, bananın, almanın, limonun, naringinin, xurmanın, şabalıdın, kələmin, göyərtinin, kökün, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Noyabrda oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, dərmanların, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, fərdi kompüterlərin, dəftərxana ləvazimatlarının, kitabların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqları, məişət cihazları, avtomobillərin təmiri xidmətləri, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində artım müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4% artıb.

Bu ilin oktyabr ayında isə sentyabra nisbətən istehlak məhsulları və xidmətlər 1,3%, o cümlədən ərzaq məhsulları 2,3%, qeyri-ərzaq məhsulları 1,1%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,2% bahalaşıb.

Hazırda isə 1 dollar rəsmən 1 manat 74 qəpiyə bərabərdir.

Ana səhifəXəbərlərYemək, siqaret və içki – daha çox pul aparır