Yəhudi əsilli Əftun dayı: ''Mənim Vətənim buradır''

Günün müəyyən hissəsini isə sinaqoqa gedərək, dua edir

Günün müəyyən hissəsini isə sinaqoqa gedərək, dua edir

Əftun kişi 1942-ci ildə Oğuzda, yəhudi ailəsində doğulub. Oğuz rayonu 300 ildir ki, həm də etnik yəhudilərin məskənidir. Onun sözlərinə görə, ailəsi dindar olub. Hər cümə günü axşamdan şənbə gününə kimi dini istirahət günü (“Şabat”) olduğundan ailə həmin vaxt heç nə etməz, ancaq Tövrat oxuyarmışlar.

Buna görə də, bir gün əvvəldən yeməklər hazır saxlanılırmış.  “Atam vaxtsız vəfat etdiyi üçün 10-cu sinfi bitirəndən sonra fəhləliyə başladım. Sonra bənna oldum. Belə görünməyimə baxma, 50 dənə ev tikmişəm.”

Əftun kişi deyir ki, sovet vaxtı ilə müqayisədə indi daha yaxşıdır. Çünki o zamanlar gedib fəhləlik eləməyə imkan vermirdilər. İndi isə öz təbiricə desək, “harada istəyirsən işlə, pulunu qazan”. Ancaq Əftun kişi artıq təqaüdə çıxıb. 

Ümumiyyətlə, yəhudi azlıqlar qeyri-yəhudilər arasında münasibətlərə gəlincə isə hər iki camaatın çox istiqanlı olduğunu, bir-birinin xeyrinə-şərinə getdiyini, hər zaman bir-birinə arxa durduğunu bildirdi: “Hər kəslə get-gəlimiz var. Elə indicə dostum Qardaşağanın yanından gəlirəm. Bir az naxoşlayıb. Yanına gedib-gəlirəm. Söhbət edirəm ki, sıxılmasın”.
Sovetlər dağılandan sonra bütün post-sovet ölkələrindən İsrailə köçən yəhudilər oldu. Əftun kişi deyir ki, İsrailə köçən azərbaycanlı yəhudilərlə də ünsiyyəti saxlayır. Ancaq özü

İsrailə köçmək istəmir: “Mənim vətənim buradır. Atamın, anamın, qardaşımın qəbri buradadır. Mən bura ilə nəfəs alıram. Bir də ki, niyə gedim axı?! Məni burada incidən var?! Oğlum da bu yaxınlarda əsgər gedib. Getməlidir. Getdi də”.

Günün müəyyən hissəsini isə sinaqoqa gedərək, dua edir

Günün müəyyən hissəsini isə sinaqoqa gedərək, dua edir

Oğuzdakı sinaqoqda İsrail və Azərbaycan bayraqları qoyulub

Oğuzdakı sinaqoqda İsrail və Azərbaycan bayraqları qoyulub

Əftun dayı cavanlıq fotosunu göstərir

Əftun dayı cavanlıq fotosunu göstərir

Təqaüddə olduğundan hər gün dostları və tanışları ilə görüşür

Təqaüddə olduğundan hər gün dostları və tanışları ilə görüşür

Əftun kişi Sinaqoqa gəlib dua edir, kitab oxuyur

Əftun kişi Sinaqoqa gəlib dua edir, kitab oxuyur

Sinaqoqun daxili görünüşü

Sinaqoqun daxili görünüşü

İbrani (ivrit) dilində yazılmış Tövrat kitabı

İbrani (ivrit) dilində yazılmış Tövrat kitabı

Yəhudi əsilli Əftun dayı: ''Mənim Vətənim buradır''

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/a2nm09

Ən çox baxılan