Yazıçının müalicəsi başa çatıb

Saday Şəkərli Müalicə Müəssisəsindən 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb

Source:


Saday Şəkərli Müalicə Müəssisəsindən 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərlinin müalicəsi başa çatıb.

Bu barədə Trend-ə açıqlamasında onun vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, S.Şəkərlinin səhhəti normallaşdığından o, Müalicə Müəssisəsindən 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

S.Şəkərli diabet xəstəliyindən əziyyət çəkir. O, istintaq dövründə də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında səhhətində problem yarandığı üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü və bir neçə ay orada müalicə olunmuşdu.

Şair Saday Şəkərli ötən il dekabrın 23-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Rəsmi məlumata görə, şair Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında həbs olunub.

Ana səhifəXəbərlərYazıçının müalicəsi başa çatıb